Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Salyan rayon Mədəniyyət mərkəzinin bədii-özfəaliyyət və “Cəngi” xalq kollektivləri, “Güzgü” miniatür teatrının aktyorları Cəbrayıl rayonunun işğaldan azad olmuş Cocuq Mərcanlı kəndindəki klubda kənd camaatı və əsgərlər qarşısında geniş konsert proqramı ilə çıxış ediblər. Kollektivlərin çıxışları yerli sakinlər və hərbçilərimiz tərəfindən rəğbətlə qarşılanıb.