Füzuli Dövlət Dram Teatrı Novruz bayramı ilə əlaqədar "Bahar çələngi" adlı tamaşa-konsert proqramını davam etdirir. Kollektivin N saylı hərbi hissədə keçirdiyi növbəti tədbirdə konsert proqramı ilə yanaşı, Xalq artisti Valeh Kərimov, əməkdar artistlər Tahir İmanov və Cabir İmanovun iştirakı ilə "Bəxt üzüyü 2" filminin təqdimatı da əsgərlərdə ruh yüksəkliyi yaradıb.