Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü, S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər Poeziya evində Azərbaycanın Milli Qəhrəmanı, 1995-ci ilin mart qiyamının qarşısının alınması zamanı həlak olmuş Bəhruz Mansurovun (1975-1995) xatirəsinə həsr olunmuş tədbir keçirilib.
   Tədbiri giriş sözü ilə açan yazıçı Hafiz İmamnəzərli Milli Qəhrəmanın qısa ömür yolu haqqında məlumat verib. AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, kitabxananın şöbə müdiri Yeganə Hüseynova Vətənin qəhrəman övladlarının örnək həyat yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışıblar.
   Milli Qəhrəmanın qardaşı polkovnik-leytenant Bəhram Mansurov xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər. 
   Sabir Sarvan adına Poeziya klubu üzvlərinin təqdim etdiyi ədəbi kompozisiya maraqla qarşılanıb.