Bölgələrdə 1918-ci il soyqırımının ildönümünə həsr olunan tədbirlər keçirilib
   
   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələrində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. 
   Sumqayıt Dövlət Rəsm Qalereyasında təşkil olunan sərgidə Əməkdar incəsənət xadimi Vaqif Nəzirov və Tofiq Əhmədovun birgə layihəsi olan “Vətən şəhidləri ilə ucalır” əsəri və İntiqam Ağayevin rəsmləri nümayiş olunub. 
   İdarənin əhatə etdiyi Zəngilan rayon MKS-nin Mərkəzi kitabxanasında, Qubadlı rayon Tarix-diyarşünaslıq muzeyində, Xızıdakı Heydər Əliyev Mərkəzində tədbirlər keçirilib. Abşeron rayon Mədəniyyət mərkəzində təşkil olunan ədəbi-bədii gecədə “Salnamə” studiyasının istehsalı olan "Həqiqətin özü" sənədli filmi nümayiş olunub. Xalq teatrı həvəskar aktyorlarının iştirakı ilə soyqırımı əks etdirən kompozisiya nümayiş olunub.
   * * *
   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə regional idarənin əhatə etdiyi Bərdə rayon, Mingəçevir və Yevlax şəhər nümayəndəliklərində sənədli filmlər nümayiş olunub, dəyirmi masalar, sərgilər, kompozisiyalar təşkil edilib.
   Tərtər rayon Mərkəzi kitabxanasında “Azərbaycanlıların soyqırımı-100” başlıqlı sərgiyə baxış, rayon Tarix-diyarşünaslıq muzeyində anım günü keçirilib.
   * * *
   Şəki Regional Mədəniyyət və Turizm İdarəsini əhatə edən mədəniyyət müəssisələrində - Şəki şəhər İ.S.Nakam adına Mərkəzi kitabxanada “Tarixin ağır gerçəyi” adlı elmi-nəzəri konfrans, Şəki Dövlət Rəsm Qalereyasında “Soyqırımı - 100” adlı sərgi, M.F.Axundzadə adına Mədəniyyət mərkəzində, Cəfərabad kənd diyarşünaslıq klubunda anım tədbirləri, eləcə də Qax rayon C.Cabbarlı adına Mərkəzi kitabxanasında “Keçmişin ibrət dərsləri və gələcəyə çağırış” adlı dəyirmi masa, rayonun Qumlaq kənd kitabxanasında “Qanla yazılmış tariximiz” başlıqlı ədəbi-bədii kompozisiya, Oğuz rayon Mərkəzi kitabxanası və Mədəniyyət mərkəzinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib.
   * * *
   Goranboy rayon Mərkəzi kitabxanasının oxu zalında “Tarixin silinməyən qanlı izləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Kitabxana əməkdaşlarının mövzuya dair çıxışları dinlənilib. Sonda soyqırımına həsr olunan sərgiyə baxış keçirilib.
   * * *
   Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Quba rayon MKS-nin Mərkəzi kitabxanasının oxu zalında “Mart soyqırımı xalqımıza dərd yox, dərs olmalıdır” adlı tədbir keçirilib. Kitabxananın işçiləri tərəfindən kiçikyaşlı oxucular üçün Quba Soyqırımı Memorial Kompleksinə ekskursiya təşkil edilib.
   Xaçmaz rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində anım mərasimi keçirilib. Tədbirin sonunda uşaqlar mövzuya aid sərgi ilə tanış olublar.
   * * *
   Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar dəyirmi masa təşkil edilib. Tədbirdə mövzuya dair videoçarx nümayiş etdirilib, sərgiyə baxış keçirilib.