Sabirabad rayon Mədəniyyət mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə “Dönüşdən qurtuluşa” mövzusunda dəyirmi masa keçirilib. 
   Tədbiri giriş sözü ilə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Ə.Ramazanov açaraq ulu öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin hərtərəfli inkişafında və dünya miqyasında tanınmasında əvəzsiz xidmətlərindən danışıb. 
   Mədəniyyət mərkəzinin direktoru M.Ağazadə və digər çıxış edənlər ulu öndər Heydər Əliyevin nəsillərə örnək olan şərəfli ömür yolundan söhbət açıblar.
   Sonda Mədəniyyət mərkəzinin rejissoru S.Əliyev ulu öndərə həsr edilmiş “Daim səninlədir bu məmləkət” adlı ədəbi-bədii kompozisiyasından bir parça söyləyib.