Azərbaycan Aşıqlar Birliyi "Koroğlu havaları" vətənçilik, dövlətçilik və qəhrəmanlıq düşüncəsini daşıyan milli-mədəni dəyərlər kimi" adlı yeni layihənin icrasına başlayır.
   Birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılacaq layihə çərçivəsində respublikamızın müxtəlif guşələrində yaşayan istedadlı aşıqlar arasında seçim aparılacaq. Onlardan "Koroğlu havaları"nı ən yaxşı ifa edən 15 aşıq seçiləcək. Bu zaman musiqi (aşıq havaları) ilə yanaşı, mətnlərin - qoşma və gəraylıların seçiminə də xüsusi diqqət yetiriləcək. Hər ifaçının oxuyacağı aşıq havası və şeir müəyyənləşdiriləndən sonra onların çıxışı studiyada lentə alınacaq. Daha sonra həmin ifalar CD albom şəklində ictimaiyyətə təqdim olunacaq.