Sumqayıt şəhər Bülbül adına Uşaq incəsənət məktəbinin şagirdləri beynəlxalq və respublika əhəmiyyətli müsabiqələrdə uğurla çıxış edirlər.
Bu günlərdə Dağıstanın Mahaçqala şəhərində keçirilən “Eta pesnya tvoya i moya” adlı gənc istedadların IV Beynəlxalq festivalında incəsənət məktəbinin fortepiano ixtisası üzrə VII sinif şagirdi Nərmin Hüseynli laureat adını qazanıb.
Məktəbin xanəndə ixtisası üzrə V sinif şagirdi Nərmin Mirzəyeva Bakı şəhərində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar III Respublika müsabiqəsində II yerə, klarnet ixtisası üzrə I sinif şagirdi Hüseyn Rzayev isə Qara Qarayevin 100 illiyinə həsr olunmuş simli, nəfəsli və zərb alətləri üzrə gənc ifaçıların respublika müsabiqəsində III dərəcəli diploma layiq görülüb.