İyunun 13-də Lənkəran Dövlət Dram Teatrının truppası Yardımlıda qastrol səfərində olub. Yaradıcı kollektiv şəhər Mədəniyyət sarayının səhnəsində yazıçı-publisist Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin” tamaşası ilə çıxış edib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Adil Zeynalov, rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Səhnə əsərində rolları Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Allahverən Babayev, Qızılgül Quliyeva, Səyad Əliyev, Hikmət Cəfərov, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.

Yardımlı Rayon İcra Hakimiyyətinin, idarə və təşkilatların nümayəndələri, rayon sakinlərinin izlədiyi tamaşa maraqla qarşılanıb.