1985-ci ildə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Atları yəhərləyin” bədii filmi yeni həyat qazanıb. Azərbaycanın və Rusiyanın dövlət film fondları birlikdə həmin filmi bərpa edərək elektron formata keçiriblər.
   Kəskin süjetli filmdə xalq qisasçısı, əfsanəvi qəhrəman Qaçaq Nəbidən, onun dəstəsinin göstərdiyi igidliklərdən söhbət açılır.
   Film aktyor, Xalq artisti Həsənağa Turabovun quruluşçu rejissor kimi kinoda ilk işidir.