Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə əhalinin mədəni-asudə vaxtının səmərəli keçirilməsi məqsədilə şənbə və bazar günləri Sumqayıt şəhərinin Dənizkənarı bulvarında konsert proqramları təşkil edilir.

C.Cabbarlı adına Mədəniyyət evinin keçirdiyi növbəti konsertdə müğənni Sevda Kazımova çıxış edib.

Müğənninin ifasında səslənən Azərbaycan və xarici estrada mahnıları alqışlarla qarşılanıb. “Turan” milli rəqs qrupu üzvlərinin ifasında “Dağlar gözəli”,  “Dilşadı” rəqsləri konsertə xüsusi rəng qatıb.