Bakı Oksford Məktəbinin və onun Şəmkir filialının müəllim və şagirdləri “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Şəmkir filialı ilə tanış olub.

Məlumat verilib ki, filial ötən ilin avqustunda ölkə başçısının iştirakı ilə istifadəyə verilib.

Bildirilib ki, bina toxuculuq emalatxanası, rəssam otağı, satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada çalışan 66 toxucu qədim çeşnilərimiz əsasında Azərbaycan xalçaları toxuyur. Gəncə şəhərinin, Şəmkir, Samux, Daşkəsən, Göygöl, Gədəbəy, Goranboy rayonlarının kəndlərində toxunan orijinal Gəncəbasar xalça çeşnilərinə üstünlük verilir. Bu çeşnilər “Azərxalça”nın rəssamları tərəfindən hazırlanır. İndiyədək burada 170 xalça toxunub.

Şagirdlər burada toxunan xalçalara həvəslə baxıblar.