Ötən il “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) ölkəmizin görkəmli və tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş 45 sənədli televiziya filmi istehsal edilib.
   Bu il də televiziya tarixi mövzular və tarixi şəxsiyyətlərlə bağlı sənədli filmlərin çəkilməsi ənənəsini davam etdirəcək. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə, Hacı Zeynalabdin Tağıyevə, Şəki və Naxçıvan xanlıqlarına həsr olunacaq sənədli telefilmlərin çəkilişlərinə hazırlıq görülür.