Rusiya Elmlər Akademiyasının mətbu orqanı olan “Poisk” qəzetində müalicəvi Naftalan nefti haqqında geniş məqalə dərc edilib.

Azərbaycan Milli Elmlər Akademiyasından bildiriblər ki, məqalədə Naftalan neftinin əsəb, uroloji, dəri və digər xəstəliklərin dərmanı olduğu vurğulanır. Qeyd olunur ki, dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsində bu neft əvəzsiz vasitədir.

Məqalədə deyilir: “Bu neft vasitəsilə 70-ə yaxın xəstəlik müalicə edilir. “Qara qızıl çeşməsi” adını alan Naftalan Bakıdan 320 kilometrlik məsafədə yerləşir...”

Məqalə ilə daha ətraflı www.poisknews.ru internet səhifəsində tanış olmaq olar.