Martın 1-də Dövlət Film Fondunda görkəmli kinooperator, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Teyyub Axundovun xatirə gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, operatoru olduğu filmlərdən fraqmentlər göstəriləcək, sənət dostlarının xatirələri dinləniləcək.