Azərbaycan Sərhəd Qoşunlarının yaranması günü ilə bağlı Cəlilabad rayonundakı N saylı hərbi hissədə konsert proqramı təşkil olunub.

Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Cəlilabad rayon Mədəniyyət evi və rayonun Qarakazımlı kənd Mədəniyyət evinin əməkdaşlarının iştirakı ilə təqdim olunan konsert proqramında xalq və bəstəkar mahnıları əsgər və zabitlər tərəfindən maraqla qarşılanıb. Sonda əsgərlərə bayram sovqatları paylanılıb.