Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci il üçün hazırlıq planına əsasən Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən uğrunda” səyyar təşviqat dəstəsinin təşkilatçılığı ilə N saylı hərbi hissənin əsgərlərinin Gəncə şəhərinə ekskursiyası təşkil edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ekskursiya zamanı əsgərlər şəhərdəki muzey və tarixi yerləri ziyarət edib, burada yaşayıb-yaradan görkəmli şəxsiyyətlər barədə məlumat alıblar. Hərbçilər Gəncənin tarixini əks etdirən eksponatlarla, yerli xalçaçıların əl işləri ilə yaxından tanış olublar.