Avqustun 21-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Future Shorts” adlı qısametrajlı film festivalı başlanıb. Festival çərçivəsində altı filmin nümayişi nəzərdə tutulur.

Keçirildiyi 12 il ərzində Yaponiyadan Braziliyaya qədər geniş coğrafiyada kino pərəstişkarlarının rəğbətini qazanan festival bütün dünyada peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır.

Hazırda festival 40 ölkə, 100 şəhəri əhatə edərək il ərzində bütün dünya üzrə 1400 baxış təklif edir.