“YARAT” Müasir İncəsənət Mərkəzində uşaqlar üçün “Muzeyi kəşf et” adlı interaktiv ustad dərsləri keçirilib. Uşaqlar burada hindistanlı rəssam Şilpa Quptanın “Mən bu lisanə sığmazam” sərgisi ilə tanış olub, komandalara bölünüb məntiqi tapşırıqları həll ediblər. 8-12 yaşlı uşaqların iştirak etdiyi ustad dərsləri Azərbaycan dilində aparılıb.