Tərtər rayon Mədəniyyət mərkəzi və Uşaq musiqi məktəbi tərəfindən Tərtər şəhər Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında konsert proqramı təşkil olunub. Konsert proqramını rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri izləyib.

Tədbirdə rayonda aparılan abadlıq işlərindən söz açılıb. Həmçinin tərtərli məzunların qəbul imtahanlarında yüksək nəticələr əldə etməsindən bəhs olunub, tələbə adını qazanmış məzunlara nəğmə dolu təbriklər çatdırılıb.

Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.