Yeni animasiya filmi çəkilir
   
   Azərbaycanda ilk dəfə çox personajlı animasiya filmi çəkilir. Bu barədə məlumat verən “Azanfilm” kinostudiyasının direktoru Fariz Əhmədovun sözlərinə görə, animasiya filminin quruluşçu rejissoru Arif Məhərrəmov, quruluşçu rəssamı Ramil Əliyevdir. Gülzar İbrahimovanın “Dünyanın ən güclüsü kimdir?” hekayəsi əsasında hazırlanan “Ən güclü kimdir?” animasiyası payız aylarında balaca tamaşaçıların ixtiyarına veriləcək.