Sentyabrın 24-dən 30-dək  Naxçıvan şəhərində “İslam filmləri həftəsi” keçiriləcək.

Muxtar respublikanın Mədəniyyət Nazirliyindən verilən məlumata görə, “İslam filmləri həftəsi” Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” olması ilə əlaqədar təşkil edilir.

Sentyabrın 24-də tamaşaçılar rejissor Elçin Musaoğlunun “Nabat” filminə baxacaqlar. Sentyabrın 25-də və 27-də İran filmləri – “Mən məktəbə getmək istəyirəm”, “Yağış”, 26-da Özbəkistan və Tacikistan kinematoqrafçılarının birgə istehsal etdiyi “Dahinin gəncliyi”, 28-də Türkiyə istehsalı olan “Ulak” filmi nümayiş etdiriləcək.

Sentyabrın 29-da kinosevərlər daha bir azərbaycanlı rejissor Samir Kərimoğlunun “Niyyət”, “İslam filmləri həftəsi”nin son günündə isə Türkiyə istehsalı olan “Eşqin rəqsi” sənədli filminə baxacaqlar.