Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Axınla üzü aşağı” bədii filminin çəkilişləri başa çatıb. Kinostudiyadan bildiriblər ki, oktyabr ayında filmin premyerası keçiriləcək.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Asif Rüstəmov, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov və icraçı prodüseri Nadir Əliyevdir. Ailə-məişət mövzusunda olan filmdə Namiq Ağayev, Mehriban Zəki və digər aktyorlar rol alıblar.