Sentyabrın 14-dən 20-dək Rusiyanın Saratov şəhərində keçiriləcək “Saratov əzabları” beynəlxalq festivalında Azərbaycanı Rusiyada yaşayan həmvətənimiz Rodion İsmayılovun “Doğma ocaq” sənədli filmi təmsil edəcək. Saratov festivalı dünyada yeganə sənədli melodrama film müsabiqəsidir.
   Azərbaycanın “Sinema evi” və Rusiyanın “DS film” studiyalarının müştərək istehsalı olan ekran əsəri Tovuz rayonunun Köhnəqala kəndində çəkilib. Film Azərbaycanın Mədəniyyət və Turizm və Rusiyanın Mədəniyyət nazirliklərinin maliyyə dəstəyi ilə ərsəyə gəlib. “Doğma ocaq” filmi sentyabrın 13-dən 21-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Let"s Cee” Beynəlxalq festivalında da iştirak edəcək.