Sentyabrın 15-dən 22-dək Rusiyanın Anapa şəhərində MDB ölkələrinin, Latviya, Litva və Estoniyanın “Kinoşok” XXII açıq kino festivalı keçiriləcək. Azərbaycanlı gənc rejissorlar Rüfət Həsənov və Elvin Adıgözəlin “Buqələmun” tammetrajlı bədii filmi festivalın müsabiqə proqramına daxil edilib. “Adari Films” prodakşn şirkətinin məhsulu olan filmin prodüseri İradə Bağırzadədir. Sosial-psixoloji mövzuda çəkilən “Buqələmun” filmində doğma rayonuna qayıdıb ata evini satmaq istəyən bir gəncdən bəhs olunur.