“YARAT!” Müasir İncəsənət Məkanı və “28 Cinema”nın təşkilatçılığı ilə Bakıda “Miami Short” film festivalı keçiriləcək. Mayamidə (ABŞ) keçirilən beynəlxalq qısametrajlı filmlər festivalının ən yaxşı filmləri paytaxtımızda nümayiş etdiriləcək.
Filmlərin nümayişi ilk dəfə Azərbaycanda və yalnız “28 Cinema”da oktyabrın 17-dən 23-dək gerçəkləşəcək. Festivalın bütün seanslarına biletin qiyməti 5 manatdır.
Kinoteatr əvvəlki festivalın ən yaxşı işlərini toplayaraq saatyarımlıq proqramda birləşdirib və bütün dünyadan peşəkar kinematoqrafçıların keyfiyyətli, maraqlı işlərini (kukla və animasiya, rəngli və ağ-qara filmlər, oyunlu, musiqili, sənədli kino və s.) görmək fürsəti yaradıb.
Mayamidə qısametrajlı filmlərin beynəlxalq festivalı hər il keçirilir. Festivalda dünyanın bir çox ölkələrinin filmləri nümayiş olunur.