Şəki Regional Mədəniyyət İdarəsinin mətbu orqanı olan “Mədəniyyət qalası” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin yeni sayında “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri, Şəkidə görkəmli kinorejissor Rasim Ocaqovun 85 illik yubileyinin qeyd edilməsi, “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur aksiyanın regiondakı növbəti mərhələsi, Balakəndə Xurma festivalı, Qaxda Milli mətbəx bayramı, Şəkidə keçirilmiş ustad dərsləri və digər mövzularda yazılar dərc olunub.