Qusar Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı ilə Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuş “Səni kim unudar...” adlı ədəbi-bədii gecə keçirilib.

Gecədə Müşfiqin həyat və yaradıcılığını əks etdirən videoslayd nümayiş olunub, poeziyasının özəlliklərindən söhbət açılıb. Şairin şeirləri, sözlərinə yazılmış mahnılar səslənib.