Dekabrın 6-dan 11-dək Bakıdakı “28 Cinema”da Britaniya film festivalı keçiriləcək. Tədbir bu il Azərbaycanda fəaliyyətinin 20 illik yubileyini qeyd edən “British Council” təşkilatı, həmçinin “British Airways” şirkəti və Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq. Festivalda filmlər yalnız ingilis dilində nümayiş olunacaq.