Sumqayıt Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan Sumqayıt şəhər Bülbül adına Uşaq incəsənət məktəbində görkəmli bəstəkarlar Fikrət Əmirov və Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş konsert keçirilib.

Konsertdə məktəb şagirdlərinin ifasında F.Əmirovun ”Küçələrə su səpmişəm”, T.Quliyevin “Turacı”, “Əsgərani”, “Bakı haqqında mahnı” və digər əsərləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.