24 yanvar - 2 fevral tarixlərində İstanbul şəhərində Avropa Azərbaycan Cəmiyyətinin və Türkiyənin nüfuzlu vəqflərindən olan Suna və Kıraç Fondu tərəfindən yaradılmış Pera Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan filmləri festivalı keçiriləcək.
”Bu kino çox gözəl” devizi altında təqdim olunan festivalda müxtəlif illərdə istehsal olunmuş səkkiz ekran əsəri - "Arşın mal alan", "Yarasa", "Buta", "Qala", "İlahi məxluq", "40-cı qapı", "Çölçü" və "Çövkən" filmləri nümayiş olunacaq.