Fevralın 12-də Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 2013-cü il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriləcək. Tədbirdə hesabat dövründə kinostudiyada istehsal edilən filmlər, həyata keçirilmiş tədbirlər və layihələr barədə ətraflı məlumat veriləcək.