26-27 yanvar tarixində Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında “Kəpəz kuboku 2019” yarışı keçiriləcək. Tədbirə Mədəniyyət Nazirliyi və “Jam Group” dəstək verir.

Rəqs yarışması dörd yaş kateqoriyası üzrə keçiriləcək: 6 yaşadək, 10 yaşadək, 16  yaşadək və 16 yaşdan yuxarı.