Fevralın 13-də Nizami Kino Mərkəzində Türkiyədə ekranlaşdırılmış “Yunus Əmrə: eşqin səsi” filminin qala-gecəsi keçiriləcək. Filmin çəkilişi Yunus Əmrənin məmləkəti olan Əskişəhərin - 2013-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi çərçivəsində reallaşdırılıb.
Ekran əsəri böyük mütəfəkkir, humanizm carçısı, Allaha sevgisini, eşq və əxlaqla bağlı fikirlərini paylaşan, ilahi eşq yolunda özünü axtaran mənəviyyat memarı Yunus Əmrənin həyatından bəhs edir. Film Anadolunun dörd mövsümünün rənglərini əks etdirir.
Bir çox məşhurların iştirak etdikləri filmin rejissoru Kürşat Kızbazdır. Yunus Əmrə obrazını əvvəllər tarixi şəxsiyyətlərin obrazını yaratmış Devrim Evin canlandırıb. Filmdə həmçinin Burak Sergen, Altan Erkekli, Altan Gördüm, Əhməd Mekin çəkiliblər.