Fevralın 20-dən 25-dək “28 Cinema”da “Kapital Bank” ASC-nin dəstəyi ilə “Mosfilm” həftəsi keçiriləcək. Film həftəsi “Mosfilm” kinostudiyasının 90 illiyinə həsr olunub. Bankın mətbuat xidmətindən bildiriblər ki, “Mosfilm”in istehsalı olan ekran əsərləri ilk dəfə “28 Cinema”da böyük ekranda nümayiş etdiriləcək.
Proqrama “Sevgi və göyərçinlər”, “Uğur centlmenləri”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”, “Moskva göz yaşlarına inanmır”, “İşdə məhəbbət macərası” və “Brilyant əl” filmləri daxildir.