Sumqayıt Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunda “Dostluğun sehri” adlı tədbir keçirilib.

Klubun özfəaliyyət kollektivinin üzvləri Nicat Abdullayev və Həcər Səfərlinin aparıcılığı ilə keçən tədbir uşaqlarda xoş ovqat yaradıb. “Buratino” rəqs qrupunun çıxışı, klounun hədiyyəli oyunları uşaqlar tərəfindən sevinclə qarşılanıb. Uşaqlar şeir söyləyib, müxtəlif əyləncəli oyunlar oynayıb, şəkil çəkib, mahnı oxuyub və rəqs ediblər.