Fevralın 26-da ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində "Dolu" filminin təqdimatı və Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçiriləcək.

"Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyası çərçivəsində gerçəkləşəcək tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, millət vəkilləri Aqil Abbas, Nizami Cəfərov, yazıçı Yunus Oğuz, Özbəkistanın ziyalı ictimaiyyətinin, dövlət qurumlarının nümayəndələrinin iştirakı gözlənilir.
Tədbir zamanı Mədəniyyət Mərkəzinin həyətində "Xocalıya ədalət!" ("Justice for Khojaly") klipi göstəriləcək, şəhidlərin xatirəsinə həsr olunmuş güllərdən ibarət kompozisiya qurulacaq, soyqırımı qurbanlarının xatirəsinə şamlar yandırılacaq. İştirakçılar Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinin üzvlərinin sərgisi ilə də tanış olacaqlar.
Daha sonra "Dolu" filmi nümayiş olunacaq. Ekran əsərini yazıçı-publisist Aqil Abbasın eyniadlı romanı əsasında rejissor Elxan Cəfərov “Azərbaycanfilm” kinostudiyasında lentə alıb.