Fevralın 26-da Nizami Kino Mərkəzində “Mən evə qayıdıram” bədii filminin təqdimatı olacaq. Dövlət sifarişi ilə “Salnamə” studiyasında çəkilən filmin quruluşçu rejissoru Samir Kərimoğlu, ssenari müəllifi İsmayıl Səfərəli, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Vüqar Camalzadə, icraçı prodüseri Nazim Hüseynovdur.
Filmdə Yaşar Nuri, Fuad Poladov, Emil Bədəlov, Elçin Mehdi, Yaqub Zeynalov, Murad Abdullayev, Vladimir Yakovlev, Elşən Hacıbabayev, Kamran Ağabalayev, Sevzixan Serderov, Yaroslav Trifonov, Oleq Əmirbəyov, Azər Aydəmir, Emil Axundov və Yelena Malışeva rol alıblar.