Rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi mayın 25-dən iyunun 1-dək Londonda keçiriləcək XV beynəlxalq “Rainbow” kinofestivalında təqdim ediləcək. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.
Film indiyədək 10-dan çox beynəlxalq kinofestival və forumda iştirak edib, mükafat və diplomlara layiq görülüb.