Martın 11-də “ÜNS” yaradıcılıq səhnəsində Xalq yazıçısı Elçinin ssenarisi əsasında çəkilən “Sirr” bədii-sənədli filminin təqdimatı olacaq. Filmin rejissorları Elməddin Alıyev və Xəyyam Abdullayevdir. X.Abdullayevin bildirdiyinə görə, ekran əsəri C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ərsəyə gəlib, çəkilişlər isə Bakıda və Parisdə aparılıb. Filmin qəhrəmanı gənc rəssam Məryəm Ələkbərlidir. O həmçinin ekran əsərinin quruluşçu rəssamıdır.