Aprelin 18-də Dövlət Film Fondunda Azərbaycanın Xalq artisti, görkəmli teatr və kino aktyoru Ağahüseyn Cavadovun 120 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq. Dövlət Film Fondundan bildiriblər ki, gecədə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, həyat və yaradıcılığından söz açılacaq, rol aldığı filmlərdən parçalar nümayiş olunacaq.