Mayın 1-dən Nizami Kino Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar “Əbədiyyət yolu” sənədli filminin nümayişi başlayıb.
Kino mərkəzindən bildiriblər ki, ekran əsəri milli filmlərin pulsuz nümayişi layihəsi çərçivəsində tamaşaçılara təqdim olunur. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında çəkilmiş film mayın 10-dək hər gün saat 10:30, 12:25 və 16:40 seanslarında göstərilir.