Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında uşaqlar üçün yeni ekran əsəri çəkilir. “Dəyərli adlar” tammetrajlı bədii filmin çəkilişlərinə iyunun 25-də start verilib. Film uşaqlar arasında ünsiyyətdən, onların həyata, müasir texnologiyaya münasibətindən bəhs edir.
Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, rejissorları Cavid Əhmədov və Rafiq Əliyev, operatoru Rauf Qurbanəliyevdir.