Gənc rejissor Pərviz Seyidli yazıçı, şair İlqar Fəhminin “Qurbağa” hekayəsi əsasında eyniadlı qısametrajlı filmin çəkilişlərinə başlayıb. Filmin ssenari müəllifi İlqar Fəhmi, operatoru Zaur Məmmədovdur, rollarda gənc aktyorlar Ziya Ağayev və Kəmalə Mustafayeva çəkilirlər.
Qeyd edək ki, bu, Pərviz Seyidlinin sayca üçüncü filmidir. Bundan əvvəl çəkdiyi filmlər yerli festivalların mükafatlarına layiq görülüb. Pərviz Seyidli Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin məzunudur. Diplom işi İlqar Fəhminin “Aktrisa” romanı əsasında hazırladığı tamaşa olub. Rejissor deyir ki, bəyəndiyi müəlliflərin əsərlərini teatr və kinoda reallaşdırmağı planlaşdırır: “Məncə, oxucu ilə yazıçı arasında hökmən bir ruhi yaxınlıq olmalıdır. İlqar Fəhminin yaradıcılığı bu baxımdan məni cəlb edir”.

Lalə