İyulun 24-də Nizami Kino Mərkəzində “Herakl” və “Ev videosu” adlı Amerika filmlərinin nümayişi başlanıb. Rejissor Brett Retnerin Rayan Kondalın ssenarisi əsasında çəkdiyi 3D formatlı “Herakl” filmi macəra və döyüş janrındadır. Baş rolları Duyen Conson, Aksel Henni, İrina Şeyk, Con Hört, Yen Uayt, Jozef Fayns və başqaları oynayıblar.
“Ev videosu” filmini rejissor Cek Kezdan komik dram janrında çəkib. Filmin qəhrəmanlarını aktyorlar Kameron Diaz və Ceyson Sigel canlandırıblar.