Karlovı Varı beynəlxalq kinofestivalının (Çexiya) direktoru və kino mütəxəssisləri Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dəvəti ilə bu ilin sentyabrında Bakıya gələcək.
Kinostudiyadan bildiriblər ki, kino sahəsində çalışan gənclərin öz layihələrini Avropada təqdim etmələri üçün ustad dərslərinə ehtiyac var. Müasir layihələr dünyada necə reallaşdırılır, böyük fondlar və şirkətlərlə layihələr həyata keçirməyin prinsipləri nədir və s. bu istiqamətdə gənclərimizin məlumatlandırılması vacibdir. Bununla əlaqədar ötən il kinostudiya “Xəzər” layihəsini reallaşdırıb, layihəyə Avropadan beş mütəxəssis cəlb olunub. Yeni layihə bu prosesin davamıdır. Eyni zamanda bu layihələr gənclərə gələcəkdə müraciət etdikləri mövzuların aktuallığını əsaslandırmağa kömək edəcək.