Sentyabrın 19, 20 və 21-də Bakıda dünyanın ən iri qısametrajlı film festivalının yeni “Yay toplusu”nun nümayişi olacaq. Nümayişin təşkilatçısı YARAT Müasir İncəsənət Məkanıdır. Filmlər YARAT-ın Yay qalereyasında göstəriləcək.
Hazırda festival 90 ölkə, 300 şəhər, 6 qitəni əhatə edərək 1 il ərzində bütün dünya boyu 1400 nümayiş təklif edir.
Mövcud olduğu 10 il ərzində festival Finlandiyadan tutmuş Meksikaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanıb. Festival bütün dünya boyu peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır. «Future Shorts” festivalının yay mövsümü özündə 8 filmi birləşdirir.