Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər S.Rüstəmov adına Uşaq incəsənət məktəbində Abşeron rayon Mehdiabad qəsəbə Uşaq musiqi məktəbinin kollektivi hesabat konserti ilə çıxış edib.

Konsertdə məktəbin xor kollektivi, nağaraçalanlar, sazçalanlar ansamblları çıxış edib, şagirdlərin solo ifaları dinlənilib.

Tədbirdə iştirak edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov dərs ilinin müvəffəqiyyətlə başa çatması münasibətilə şagirdləri təbrik edib, uğurlar arzulayıb.

***

S.Rüstəmov adına İncəsənət məktəbində daha bir konsert proqramını məktəbin şagirdlərindən ibarət “Uğur” xalq çalğı alətləri ansamblı (bədii rəhbəri İsmayıl Quliyevdir) təqdim edib.

Ansamblın və şagirdlərin ifasında xalq və bəstəkar mahnıları maraqla dinlənilib. Sonda dərs ilində fərqlənən şagirdlər fəxri fərmanla təltif olunub.