Azərbaycan
23 noyabr 1923 – Yazıçı, şair Əmrah Bala oğlu Əmrahov (1923-1988) anadan olub.
23 noyabr 1927 – Tarixçi, şərqşünas Əhməd Əhməd oğlu İsgəndərov (1927-2017) Bakının Mərdəkan kəndində doğulub. SSRİ EA-nın Ümumi Tarix İnstitutunda direktor müavini, “Tarix məsələləri” jurnalının baş redaktoru, Rusiya EA-nın müxbir üzvü olub.
23 noyabr 1948 – Dahi bəstəkar, publisist, pedaqoq, SSRİ Xalq artisti Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (18.9.1885 – 1948) vəfat edib. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın, ilk musiqili komediyanın müəllifidir. Azərbaycan EA-nın akademiki olub.
24 noyabr 1906 – Ədəbiyyatşünas, tənqidçi Əli Nazim (Ələkbər Mahmud oğlu Mahmudzadə; 1906-1941) Təbrizdə doğulub. Repressiya qurbanı olub.
24 noyabr 1922 – Opera müğənnisi, Əməkdar artist Rəhilə Muxtar qızı Cabbarova (1922-2002) anadan olub.
24 noyabr 1924 – Rəssam, Əməkdar incəsənət xadimi Vəcihə Əli qızı Səmədova (1924-1965) anadan olub.
25 noyabr 1901 – SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901 – 6.1.1962) Həştərxanda doğulub. 1920-ci ildə Bakıya gəlib, Azərbaycan teatrının inkişafında xidmətlər göstərib.
25 noyabr 1913 – Memar, Əməkdar inşaatçı Nəsrulla Yaqub oğlu Kəngərli (1913-1991) anadan olub.
25 noyabr 1918 – Xalq yazıçısı İmran Haşım oğlu Qasımov (1918 - 20.4.1981) Bakıda doğulub. “Uzaq sahillərdə” povestinin (Həsən Seyidbəyli ilə birgə), digər nəsr əsərlərinin, pyeslərin, bir sıra filmlərin (“Bizim küçə”, “Onun böyük ürəyi” və s.) ssenari müəllifidir. Azərbaycan Yazıçılar İttifaqının birinci katibi olub.
26 noyabr 1927 – Dilçi-türkoloq, Əməkdar elm xadimi Həsən İbrahim oğlu Mirzəyev (1927-2015) anadan olub.
26 noyabr 1928 – Əməkdar artist Müxlis Sabir oğlu Cənizadə (1928-1972) anadan olub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb. “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərdə çəkilib.
Dünya
23 noyabr 1875 – Rus yazıçısı, sənətşünas, publisist, ictimai-siyasi xadim Anatoli Vasilyeviç Lunaçarski (1875-1933) anadan olub.
24 noyabr 1632 – Niderland filosofu, rasionalizm cərəyanının nümayəndəsi Benedikt Spinoza (Benedictus de Spinoza; 1632-1677) anadan olub.
24 noyabr 1934 – Alman əsilli Rusiya bəstəkarı, pianoçu və musiqi nəzəriyyəçisi Alfred Şnitke (1934-1998) anadan olub.
25 noyabr 1562 – İspan yazıçı-dramaturqu, şair Lope de Veqa (Felix Lope de Vega Carpio; 1562-1635) anadan olub.
25 noyabr 1889 – Türk yazıçı-dramaturqu Rəşad Nuri Güntəkin (1889-1956) anadan olub. “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Yarpaq tökümü” və s. romanları əsasında populyar filmlər çəkilib.
26 noyabr 1909 – Rumın dramaturqu, absurd teatrı estetik cərəyanının banisi Ejen İonesko (Eugene İonesco; 1909-1994) anadan olub. Pyesləri: “Daz müğənni”, “Dərs”, “Stullar”, “Təmənnasız qatil”, “Çamadanlı adam” və s.
Hazırladı: Vüqar ORXAN