F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə 20 noyabr – “Dünya Uşaq Hüquqları Günü” ilə əlaqədar, “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində “Biz günəşin zərrəsiyik!” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının və 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Azəri inciləri” vokal qrupu uşaqlarının ifasında konsert proqramı təqdim edilib.
Tədbirdə Ombudsman Aparatının əməkdaşı Azadə Novruzova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Aydın Rəcəbli və digər qonaqlar iştirak ediblər.
Sonda iştirakçı və Daun sindromlu uşaqlara kitablar, “Göy qurşağı” uşaq jurnalı, hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkdirilib.