Kaliforniya Elmlər Akademiyasının “BigPicture” təşkilatı gənc fotoqraflara təbiətin qorunması, elm və davamlılığın inkişafı mövzularında fotoşəkillər çəkmək üçün qrant elan edib.

Gənc fotoqraflar üçün qrant müraciətləri mayın 31-dək qəbul edilir və hər bir müraciətə portfolio və qısa layihə təsvirinin də daxil edilməsi tələb olunur. İyulda 2500 dollar məbləğində iki qrant təqdim ediləcək. Qrantlar hesabına çəkilən fotolar “BigPicture 2021” sərgisində nümayiş olunacaq.

Müsabiqəyə dünyanın istənilən yerindən 18-25 yaş arasında olan bütün fotoqraflar müraciət edə bilər.

Ətraflı məlumatı bigpicturecompetition.org ünvanından əldə etmək olar.